
Hörmətli izləyicilər !
Bir neçə gün əvvəl İsmayıllı rayonu Hacıhətəmli kənd sakini bir qrup kənd sakinləri adından diqqətimizə çatdırdı ki,vaxtı ilə kolxoz dövründə dağdan kəndə çəkilmiş su xətti rayonun Topçu kəndi ərazisində partlayıb və buna görə də kəndə su gəlib çatmır.
Araşdırma nəticəsində məlum oldu ki, Topçu kəndi ərazisində yeni Coca-Cola zavodunun tikintisi zamanı ehtiyyatsızlıq ucbatından su xətti,üzərindən keçən ağır tonnajlı avtomobillər tərəfindən partladılmışdır.
Məsələ ilə bağlı həm rayon rəhbərliyi həm də rayon su meliorasiya idarəsinin rəhbərliyinə məlumat verildi.Bu gün Hacıhətəmli kənd sakinləri zəng edərək bildirdilər ki,su xətti bərpa olunub və artıq kəndin su anbarına su gəlir.
Kənd sakinləri redaksiyamızdan xahiş etdilər ki, rayon rəhbərliyi və bu işdə əməyi olan digər qurumlara onların təşəkkürünü çatdıraq.
Redaksiyamız adından biz də rayon rəhbərliyi və su meliorasiya sistemləri idarəsinin rəhbərliyinə məsələyə dərhal reaksiya verib həll etdiklərinə görə dərin minnətdarlığımızı bildiririk.Var olun