
İsrail hərbi kəşfiyyatına bağlı araşdırma mərkəzi terror təşkilatı HƏMAS-ın liderlərindən biri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə bağlı sosial şəbəkələrin Türkiyə və İran seqmentində araşdırma aparmışdı. Məlum olmuşdu ki, Haniyənin ölümü İranda sevinclə, Türkiyədə kədər və qəzəblə qarşılanıb.
Bu hadisə göstərir ki, sosial şəbəkələri izləməklə baş verən hadisə ilə bağlı cəmiyyətlərin mövqeyini önəmli şəkildə bilmək olur.
Rusiya ilə Azərbaycan arasında yaranan gərginliklə bağlı postsovet ökələrinin ictimai rəyinin bütövlükdə Azərbaycanın tərəfində olduğunu görmək mümkündür. Məsələn, Qazaxıstan cəmiyyətinin böyük hissəsinin Azərbaycanın yanında olduğunu əminliklə söyləyə bilərəm. Qazaxıstanda youtebe yayım edən kanalların şərh bölməsində yazılan rəyləri tərcümə vasitəsilə oxudum. Azərbaycana tərəddüdsüz dəstəyin, tükənməz sevginin şahidi oldum. Ancaq onu da bilirəm ki, Özbəksitanda Azərbaycana sevgi, rəğbət Qazaxsıtandan da böyükdür.
Ümumiyyətlə isə bütün postsovet məkanının ümumi rəyi belədir ki, Azərabaycanın dirənişi postsovet məkanında geosiyasi vəziyyəti tamamilə dəyişib. Rusiya ilk dəfə postsovet məkanında ən böyük siyasi məğlubiyyətlə üzləşib. Rusiya bundan sonra postsovet respublikalarına müdaxiləni yuxusunda da görməməlidir. Çünki, hər kəs Rusiyaya qarşı birlikdən, imperiyanı məğlub etməyin zəruriliyindəən danışır. Qazaxıstanın rəy liderlərindən biri isə Rusiyaya xəbərdarlıq edirdi ki, Azərbaycana qarşı hərbi müdaxiləyə cəhd etsə, Özbəkistan və Qazaxıstan bunu sakit müşahidə etməyəcək. Əksəriyyətin mövqeyi belədir ki, Azərbaycan, Özbəkistan və Qazaxıstanın birliyi Rusiyanın tərkibindəki tatar, başqır, kalmık və digər türk xalqlarının da dərhal ayağa qalxmasına səbəb olacaq.
Heç şübhəsiz ki, Rusiya kəşfiyyatı da sosial şəbəkələri diqqətlə izləyib. Əgər gözləri tamamilə kor deyilsə, Moskva ona qarşı xalqların böyük koalisiyasının yarandığını gördü. Proseslərin inkişafı və Rusiyaya qarşı böyük koalisiya qurmaq qabliyyətini dəfələrlə sübut etmiş dövlətin müdaxiləsi xalqların koalisiyasını dövlətlərin də koalisiyasına çevirə bilər.
Bütün bu gözəl proseslərə yeganə kölgəni Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın jurnalitslərə açıqlaması saldı. Kaş ki səssiz qalaydı.
Xəqani Cəfərli politoloq