“Rusiya əhalisini ancaq vodka, pivə, yemək-içmək maraqlandırır. Bu gün artıq Rusiyanı heç kim xilas edə bilməz. Heç bir möcüzə, yaxud hansısa siyasi qəhrəman gəlib o dağılmaqda, ölməkdə olan vücudu xilas edə bilməz. Bu cür vəziyyətdə belə, bu bədbəxtlər dünənki müttəfiqlərinə, vaxtilə faşizmə qarşı çiyin-çiyinə vuruşduqları xalqlara təzyiqlər göstərir, təcavüz edirlər. SSRİ dövründə pis-yaxşı formalaşmış bütün sənaye müəssisələrini texnologiyaları dağıtdılar, bütün elm tutumlu sənayeni tar-mar etdilər, əvəzində isə ciddi heç nə qurmadılar. Təsəvvür edin ki, 1989-cu ildə dünya aviasiya parkının 40 faizini Sovet İttifaqı istehsal edirdi, indi Rusiya onun heç bir faizini də istehsal edə bilmir. Bütün alimləri, texnoloqları pərən-pərən saldılar, rus ailimləri getdilər Amerikada Nobel mükafatı aldılar. Bütün bunlar Rusiyanın siyasi hakimiyyətinin mahiyyətidir. Odur ki, artıq Rusiyanın kitabı bağlanıb. Onun əhalisini də yalnız vodka, pivə, yemək-içmək maraqlandırır. Bir az imkanı olanlar Türkiyəyə, Misirə, nə bilim Yaponiyaya kefə, dincəlməyə gedirlər. Ölkələrinin gələcəyi isə onları maraqlandırmır. Rusiya addım-addım uçuruma yuvarlanır və artıq Cənubi Qafqazdan da çıxıb gedir. Azərbaycandan qoşunlarını çıxardı, Gürcüstandan getdi, indi yavaş-yavaş Ermənistandan da gedir. Vəssəlam… Bir daha təkrar edirəm, artıq Rusiyanı xilas etmək mümkün deyil və buna çox da baş qoşmaq lazım deyil”.

Politoloq, siyasi şərhçi Zərdüşt Əlizadə.