“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq”

Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Danimarkanın Baş naziri Mette Frederiksen və Ukraynanın Prezidenti Volodimir Zelenski ilə birgə keçirilən mətbuat konfransında deyib.

“Putin sülh istəmir. Ona görə də bu paket Rusiyanın enerji, maliyyə, texnologiya və digər sektorlarını hədəfə alacaq və Putin rejiminin müharibə maşınının maliyyələşdirilməsini xeyli çətinləşdirəcək,” – deyə von der Leyen bildirib.

Qeyd: 18-ci sanksiyalar paketi həmçinin sanksiyalardan yayınma yollarının qarşısını almağa və Rusiyanın iqtisadi resurslarını tükəndirməyə hesablanıb.