
Tramp Əliyevdən nə tələb edir?
ABŞ prezidentinin müşavirinin açıqlamasından gorunür ki,Tramp sulh muqaviləsinin imzalanmasını və separatçılarin azad edilməsini istəyir.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında təmas olub.
X hesabında paylaşım edən Uolts Cənubi Qafqazda münaqişəyə son qoyulması gərəkdiyini bildirib.
“Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsi ilə bağlı razılıq əldə etməsindən məmnunuq. Mən ona bildirdim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, məhbusları azad etməli və regionun daha təhlükəsiz, firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işləməyi dayandırmayacağıq”, – Uolts paylaşımında yazıb.