Bu gün çox mühüm gündür və söhbət təkcə planlaşdırılan Putin-Tramp telefon danışığından getmir(bu arada Bakı vaxtı ilə 19:00-da danışıqlar başlayacaq).

Bu gün Mertsin Bundestaqda strateji savaş günüdür.

Merts Konstitusiyaya dəyişikliklər təklif edib, bu dəyişikliklər dövlət borcunun yuxarı həddinin ləğvini nəzərdə tutur. Bu dəyişiklik Almaniyanın yenidən silahlanmasına 500 milyard avro ayırmağa imkan verəcək. Ukrayna da bu məsələdə maraqlı tərəfdir, çünki həmin vəsaitin bir hissəsi Ukraynaya yardımı davam etdirmək üçün istifadə olunacaq.

Konstitusiya dəyişiklikləri üçün Bundestaqda 2/3 səs çoxluğu tələb olunur. Merts kansler Şoltsun partiyası və Yaşıllarla razılığa gələ bilib, buna görə də kifayət qədər səsin olduğu görünür.

Merts bir az əvvəl deputatlar qarşısında təsirli çıxış edərək gələcək xərclərin dövlətin strateji həfəflərinə yönləndirəcəyini deyib: Rusiya və Trampın yaratdığı təhlükələrə müqaviməti qeyd edib.

Bundan əlavə, Merts ABŞ-sız Avropa hərbi alyansının yaradılmasını bir daha təklif edib.

O, həmçinin Rusiya tərəfdarı olan AfD (Almaniya üçün Alternativ) partiyasını sərt tənqid edib. Merts bəyan edib ki, onun rəhbərliyi altında Almaniya Rusiya təbliğatı ilə bütün vasitələrlə mübarizə aparacaq.

Səsvermə bu gün baş tutacaq, xəbər verəcəm.