Qadını fotoları ilə şantaj edib pul tələbində olan şəxs var idi. Nə qədər ki bu əməllə məşğul olan şəxs var, yaxud bu düşüncədə olan kimsə varsa həbs olunacaqlar. Geci-tezi var. Paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edib kömək istəmişdi. Bildirmişdi ki, bir adam onun fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəlib 100 manat alıb və 300 manat əlavə pul istəyir, verməsəm biabır edəcək məni. Polis əməli törədən 22 yaşlı İlkin Əlibəyli adlı şəxsi tutaraq məsuliyyətə cəlb edib. Fakta görə cinayət işi başlanılıb. #polisəgüvən