
Neftçalada görüşlər, tənqid və “top modelyer” icra başçısı
Son zamanlar mənə yazırlar ki, Tənzilə Rüstəmxanlı Neftçala rayonunda insanlarla mütəmadi görüşlər keçirir.Əlbəttə, insanlarla görüşmək, onların problemlərini dinləmək və həll yolları axtarmaq hər bir məmurun borcudur.Əgər Tənzilə xanım həqiqətən də Neftçala sakinlərinin problemləri ilə maraqlanır, onların səsini eşidir və həll yolları axtarırsa, bu, müsbət haldır.Bundan əlavə, bildirmək istəyirəm ki, mənim Tənzilə xanımla heç bir şəxsi düşmənçiliyim yoxdur və ola da bilməz.Əgər o, doğrudan da Neftçalada işini düzgün qurursa, insanlara real dəstək olursa, Allah yolunu açıq etsin. Amma bu, sözlə yox, real nəticələrlə sübut olunmalıdır.Təkcə şəkillər, reklam məqsədli xəbərlər və şablon cümlələr kifayət etmir.
Deyirlər ki, Tənzilə xanım icra başçısından daha yaxşı işləyir.Cavab olaraq deyim ki, mən Tənzilə xanımı Mirhəsən Seyidovla müqayisə etmirəm. Çünki bilirəm ki, Tənzilə xanım ondan daha çox kişidir.Mirhəsən Seyidov isə idarəçilikdən çox model dünyasına meyillidir və onu səhnələrə göndərmək daha uyğun görünərdi.İcra başçısı olmaq üçün ən vacib keyfiyyətlər şəxsiyyət və dürüstlükdür.Amma bütün rayonun bildiyi kimi, Seyidov bu keyfiyyətlər baxımından çox kasıbdır.Bir başçı ki, yer süpürən insanların puluna göz diksin və onların bədbəxtliyi üzərində özünə xoşbəxtlik qursun, ondan nə gözləmək olar?
Neftçala sakinlərinin real problemləri var: işsizlik, ekoloji fəlakət, yollar, su çatışmazlığı, korrupsiya və sair.Bu problemlərin həlli üçün təkcə görüşlər və boş vədlər deyil, real işlər lazımdır.Əgər bir icra başçısı və ya deputat doğrudan da xalqa xidmət edirsə, onun fəaliyyəti sosial şəbəkələrdəki müzakirələrdən daha çox insanların rifahında hiss olunmalıdır.
Mən başa düşürəm ki, millət vəkilinin vəzifəsi nədir, səlahiyyətləri haraya qədərdir və eyni zamanda icra başçısının da rolu nədən ibarətdir.
Əsas sual budur: Neftçalada son illərdə və ya aylarda nə dəyişib? Mən deyim: heç nə.Sadəcə, icra başçısı Mirhəsən Seyidov idmana gedir ki, arxadan fotoları yaxşı düşsün.Dəyişən budur – icra başçısının poposu.
Bəhruz Əliyev Facebook istifadəçisi