
Əziz həmvətənlər!
Hörmətli ismayıllılar!
Sizləri mübarək Ramazan Bayramı münasibətilə ürəkdən təbrik edirik! Bu müqəddəs bayram birlik, mərhəmət və paylaşmaq rəmzidir. Ramazan ayı boyunca tutulan oruclar, edilən dualar və xeyirxah əməllər hər birinizin həyatına bolluq, ruzi və bərəkət gətirsin.
Uca Allah dualarınızı qəbul etsin, ailələrinizə sağlamlıq, süfrələrinizə bərəkət, Vətənimizə isə daima əmin-amanlıq bəxş etsin!
Ramazan Bayramınız Mübarək!