
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald J. Trump Ukraynaya ayrılan bütün hərbi yardımları dayandırdı.
Dünya mediasının təmtərqala yayımladığı Oval kabinetdə baş verən şou Tramp və ABŞ siyasi sisteminin manipulyasiyası idi.
Məqsəd nə idi ?
Keçmiş prezident Co Bayden dönəmində ABŞ xarici siyasəti dişsiz görünürdü və kifayət qədər maliyyə itkiləri yaşamışdı.Bunu kompensasiya etmək və əlavə üstünlüklər əldə etmək üçün D.Tramp kimi prezidentə ehtiyac vardı.
Əvvəlki yazılarımda da qeyd etmişdim ki, Ukrayna parçalanacaq və ərazisində yəhudilər tərəfindən yönəldiləcək yeni beyin mərkəzi(dövlət) qurulacaq.
Məhz buna görə də ABŞ siyasi sistemi “U”dönüşü etməli oldu.
Ötən 3 il ərzində ABŞ öz istəyinə iki tərəfli çatdı.
Həm Rusiya Ukraynada kifayət qədər tükədildi və ələ yatımlı dövlət halına çevrildi, həm də gələcəkdə Alman hegomonluğunun baş qaldırmasından ehtiyat edərək Ukraynada yeni gözətçi dövlətə ehtiyac olduğu qənaətinə gəldi.
Elə buna görə də Yəhudi-İngilis sistemi qabaqlayıcı tədbirlər görmək üçün qolları çirmələdi və Ukraynanın parçalanmasını qaçılmaz etdi(start verdi).
Rusiya prezidenti Vladimir Putinin ərazi hərisliyindən, imperialist iddialarından istifadə edərək fürsətdən yararlanan ABŞ əlavə güc itirmədən məqsədinə daha tez çatmış olur.
D.Trampın Ukraynadan qiymətli torpaqları istəməsi isə növbəti bəhanədir.
Bildiyiniz kimi hazırda D.Trampın bir neçə qeyri-müəyyən açıqlamalarından sonra Avropa ölkələri təşviş içindədir.
Fransa prezidenti Emanuel Makronun illər əvvəl avropanın öz ordusu yaradılmalıdır təklifi əslində bir siqnal idi.
Alamaniya isə tarixdəki səhvlərindən dərs çıxararaq daha təmkinli davranır.Son sorğulara nəzər yetirsək görərik ki, Almaniya əhalisinin 50 faizi qonşu dövlətlərin torpaqlarına iddia edir və öz əraziləri kimi görürlər.
Sorğularda aktivlik göstərən həmin bu gənc nəsil yaxın beş illikdə əhalinin əsas aparıcı qüvvəsinə çevriləcək.
Bunu görən ABŞ-İsrail-Böyük Britaniya üçlüyü yaxın şərqə nəzarəti İsrail dövləti vasitəsi ilə etdiyi kimi, Avropaya da nəzarəti məhz ən yaxın tərəfdaşı vasitəsi ilə etmək istəyir.
Bu planın həyata keçməsi ilə ABŞ həm Rusiyanı zərərsizləşdirmiş olur, həm Çinə qarşı Rusiyanı yaxın gələcəkdə istifadə etmək üçün zəmin hazırlayır, həm də Avropanı daimi nəzarətdə saxlamağı düşünür.
Almaniya isə pusquda dayanaraq təmkinlə gözləyir.Əslində isə Avropanın indiki vəziyyəti Almaniyaya daha çox sərf edir.
Məqam çatanda isə Almaniya ortaya çıxacaq və liderliyi altında avropalıları ətrafına toplamağa çalışacaq.Bu ehtimalın nə dərəcədə doğru olacağını isə zaman göstərəcək.
Böyük Britaniyanın ikili gedişi isə öz çıxarları üzərinə hesablanıb.Son məqamda Norveçi fəal şəkildə proseslərə qoşmaq cəhdi isə manevrdən başqa birşey deyil.Norveç ehtiyat fondunun (1.78 trliyon dollar ) açıqlamaları isə Tramp administrasiyasına güclü görünməyə cəhd etmək kimi dəyərləndirilə bilər.
Avropa birliyi ölkələrinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı proseslərə qoşmağa cəhd etməsi isə əslində ABŞ-İsrail-Böyük Britaniya üçlüyünün işinə daha çox yarıyır.
Həqiqət isə belədir :
Ukrayna parçalanacaq.
Müharibə canisi, uşaq qatili Rusiya prezidenti Vladimir Putin isə artıq Çinə qarşı ittifaqda öz mövqeyini alıb.
Amma birşeyi unudur ki, elə ən böyük zərbə D.Trampdan gələcək.
Diqqət edirsinizsə bu qarışıq dönəmdə Ermənistan və Azərbaycan rəhbərliyi hələki səssizliyini qoruyur.
İsrailin Baş Naziri Benyamin Netanyahunun son bəyanatı isə bizləri hərşeyə real yanaşmağa məcbur edir.
B.Netanyahunun bəyanatı :
ABŞ tarixində İsrailə bu qədər dost prezident olmamışdı.
D.Trampın İsrailə tətbiq olunan silah embarqolarını qismən ləğv etməsi, qadağan olunmuş silahların çatdırılması və 4 milyard həcmində hərbi yardımın təsdiqlənməsi proseslərin qısa zamanda həlledici fazaya keçəcəyini göstərir.
D.Trampın impicment elan edilməsi üçün irəli sürülən təşəbbüslər isə publikanı mərhələli şəkildə sakitləşdirməyə hesablanıb.
Hər zaman radikal qərarların qəbul edilməsi üçün hökmən sivri ucda dayanacaq “Dəli”yə ehtiyac duyulur.
Diplomatik siyasi proseslərdə əsl diplomat nə Tramp , nə də Volodimir Zelenski kimi davranış göstərməzdi.
Ukrayna Prezidenti V.Zelenski diplomatik siyasi gedişlər etməyi bacarsa, diplomatik anlayışı olsaydı ABŞ siyasi sisteminin qurduğu tələyə düşməzdi.
Donald Tramp administrasiyasına “Bəhanə” lazım idi və buna da V.Zelenskinin təcrübəsizliyi sayəsində nail oldu.
Qəhrəman, məğrur V.Zelenski isə hisslərinə qapılaraq ehtiyatsız davrandı.
Böyük Britaniya kralı Çarzl, V. Zelenskiylə görüşündə xüsusi qeyd etdi ki, Trampla işləmək lazımdır.
Bu da onu göstərir ki, qorxaq , 3-4 milyard hərbi yardım ayırmaqla baş aldadan Avropa ölkələri sonadək Volodimir Zelenskinin arxasında dayanmayacaq.
ABŞ prezidentini yönləndirən sisyasi sistem də bunu yaxşı bildiyi üçün şou hazırlayaraq V.Zelenskini dalana dirəməyi qarşısına məqsəd qoyub və bu məqsədə çatacaq.
ABŞ prezidenti D.Tramp dönəmində hətta Şimali Koreyayadək siyasi əl gəzdirilmə, şəkillənmə həyata keçiriləcək.
Bir sözlə, bütün ənənəvi, köhnə siyasi sitemlərin yenidən qurulmasına start verilib.Pərakəndəlik aradan qaldırılaraq vahid nəzarət sisteminə tabe edilmə həyata keçiriləcək.
Dünyada baş verən proseslər Azərbaycana da təsirsiz ötüşməyəcək.
Görünən odur ki, Azərbaycan daxilində yeni siyasi mərkəz çox qısa zamanda formalaşdırılacaq.
Yeni siyasi fiqurların meydana çıxması qaçılmaz görünür.
Kurasiya birbaşa, tam olaraq İsrail-ABŞ cütlüyünün nəzarəti ilə həyata keçiriləcək.
Zəngəzur dəhlizinin açılması belə olan halda reallaşmaq üzrə olduğunu göstərir(Qısa toqquşmalar olsa belə).
Hərkəs özünü kompensasiya etməyə çalışır.
İranda baş verən son daxili çəkişmələr isə birbaşa İsrail-ABŞ kəşfiyyatının əl işidir.
Yaxın bir il ərzində öz bəhrəsini verəcək.
Ukrayna həqiqətən sevilməyə layiq ölkədir, xalqı isə qəhramandır.
Nə olur olsun meydanda tək qalan Volodimir Zelenski nəyinki Ukrayna tarixinə, hətta dünya tarixinə adını qızıl hərflərlə yazdırmağı bacardı.