Trampdan hiyləgər gediş: Putini tələyə salacaq
Donald Tramp fevralın 12-də rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində “bizimlə İran arasında vasitəçi olmanızı istəyirəm” səsləndirməklə hiyləgər gediş edib. Putin Trampın təklifinə dərhal razılaşıb.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Kreml sahibi düşünüb ki, Trampın ona işə düşübsə, deməli Vaşinqton həm Rusiyanın Ukrayna ilə müharibədə maraqlarını nəzərə alacaq, həm də yaxın gələcəkdə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ortadan qaldırılacaq. Tramp bunların hər ikisini bu və digər formada reallaşdıra bilər. Ancaq Tramp administrasiyasının ana məqsədi Rusiyanı İranla vasitəçiliyə razı salmaqla Kreml-Tehran arasındakı ittifaqı zəiflətməkdir. Məsələ burasındadır ki, İranın mühafizəkar dairələri Trampla danışıqların əleyhinədir, ali dini lider Əli Xameneyi Prezident Məsud Pezeşkiana Vaşinqtonla təmas qurmağı qadağan edib. Deməli, eyni məntiqlə mühafizəkarlar Kremlin vasitəçiliyini də qəbul etməyə bilərlər, yəni Putinin sözünü yer salacaqlar. Vaşinqtona da bu lazımdır”, – politoloq bildirib.