Siyasətdə qalmağım ümumilikdə təhlükə yaradırdı – Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və lideri Etibar Məmmədov: “Mənim siyasətdən getməyimin səbəbləri var idi. Siyasətin mənim üçün darıxıb – darıxmadığını siz jurnalistlər müəyyənləşdirə bilərsiniz. Mən müəllim kimi də çalışmışam, tarixçi kimi bu prosesləri bilməyim təəccüblü deyil. Ancaq darıxmaq məsələsinə gələndə əlbəttə, insan bu proseslərin içində olmaq istəyər. Lakin mənim siyasətdə olmağımın ziyanı olacaqsa, milli mənafe xətrinə çəkilməyim daha yaxşıdır. Siyasətdə qalmağım ümumilikdə təhlükə yaradırdı, bundan istifadə etmək istəyən insanlar idi. Bundansa siyasətdə olmamağım daha yaxşı idi. Çünki həmin dövrdə həvəsi olanlar, sinəsinə döyənlər çox idi ki, nəsə nəticə əldə edəcəklər. Meydan onlara verilib ki, nəticə əldə etsinlər”.

Mənbə: Modern.az