
Almaniyada dünyasını dəyişən 18 yaşlı tələbə Lənkəran rayonunun Digah kəndinə torpağa tapşırılıb.
Cenublu.az xəbər verir ki, iyulun 5-də Almaniyanın Münhen şəhərində təhsil alan tələbə Kənan Səfərovun cansız bədəni yaşadığı ünvanda tapılıb.
Yaxınlarının sözlərinə görə, Kənanın ölümünə səbəb soyuq su içdikdən sonra damarlarında tromblaşmanın əmələ gəlməsi olub.
Qeyd edək ki, evin tək övladı və 1-ci kurs tələbəsi olan Kənan Səfərov 6 ay idi Almaniyada yaşayırdı. Buna qədər isə o, anası ilə Bakı şəhərində qalırdı.