ABŞ Ukraynaya göstərdiyi bütün hərbi yardımları dayandırdı. Hamısını.

Bu tarixdə 1939-dan bu tərəfə görülməmiş əxlaqsızlıqdır.

Zelenski belə elədi, ay nə bilim kostyumda getməliydi söhbətləri edənlər isə birmənalı manipulyasiya ilə məşğuldurlar.

Görmədiniz ki, adama Ağ Evdə tələ qurulmuşdu? Hə, təcrübəli diplomat o tələyə düşməzdi, amma Zelenski düşdü.

İndi buna görə Rusiya Ukraynanı haqlı mı işğal edib? Putin haqlı mı oldu?

Ümumiyyətlə, heç bir dövlət kiməsə qara qaşına, gözünə yardım eləmir. Öz maraqları olur, çıxarları olur.

ABŞ da 70 ildir düzən qurub, deyirdi ki, heç kim başqasını işğal edə bilməz. Kimsə eləsə işğala məruz qalan tərəfin yanındayam.

İndi bu dediyindən imtina edir, deyir yeni düzən qururam, hamının canı cəhənnəmə. Məsələ bu qədər bəsitdir.

Trampa yaxın mənbələr bildirir ki, Rusiyaya qarşı sanksiyalar da qaldırılacaq bir-iki günə.

Trampın məqsədi sülh imiş. Ay cart. Sülh istəyən xiyar Qrenlandiyanı, Meksikanı, Kanadanı işğal etmək istəyər?

Sülh istəyən, müttəfiq dövlətlərini işğalla hədələyər? Sülh imiş. Pff.

Və bir də, yaxşı, ABŞ Ukraynanı qorumursa, Avropanı qorumursa, başqa müharibələrə qarışmaqdan imtina edirsə, heç düşünmədiniz, 800 milyardlıq hərbi büdcə, 1.5 milyonluq ordu nə işlə məşğul olacaq?

Hər halda boş dayanmaq üçün saxlamırlar o ordunu.