
Milli Məclisin deputatı Rövşən Muradov 2025-ci il 6 mart tarixində Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayonunun Köhnəkənd nümayəndəliyinin sakinləri ilə növbəti görüşünü keçiribdir. Görüşdə deputat seçiciləri maraqlandıran bir-sıra məsələlərə öz münasibətini bildirməklə yanaşı, həm də sakinləri narahat edən sosial-iqtisadi, mədəni-məişət, mülki, məşğulluq, təhsil problemləri ilə bağlı və doğma ata-baba yurdlarına geri dönmələrinin sürətləndirilməsinə dair fikirlərini də diqqətlə dinləmişdir. Eyni zamanda, Rövşən müəllim Azərbaycanın digər bölgələrindən həmin görüşə təşrif buyuran laçınlılarla da fərdi qaydada söhbət aparmış, onların şəxsi problemlərini dinləmiş və bəzi məsələlərin dərhal həll edilməsi ilə bağlı köməkçisi Murad Həsənova müvafiq qeydlər aparmaqla tapşırıqlar vermişdir. Sonda Laçın rayonu Köhnəkənd nümayədənliyi sakinlərinin Milli Məclis rəhbərliyinə ünvanlanmış kollektiv müraciəti deputat Rövşən Muradova təqdim edilmişdir. Rövşən müəllim də öz növbəsində sakinləri əmin etmişdir ki, müraciət müvafiq qaydada Milli Məclisin Aparatında qeydiyyata alındıqdan sonra öz ünvanına çatdırılacaqdır.