
Almaniyada partiyalar hökumətin yaradılması ilə bağlı ilkin razılığa gəliblər
XDİ lideri və gələcək Almaniya kansleri Fridrix Merz, Birlik və Almaniya Sosial Demokrat Partiyasının birgə sənəd hazırladığını və bunun “gələn həftə başlayacaq koalisiya danışıqları üçün əsas olacağını” dedi.
Merz, xüsusilə, miqrasiya siyasəti sahəsində bütün tədbirlər paketini açıqladı. Beləliklə, XDİ liderinin sözlərinə görə, Almaniyaya girişdə sərhəd nəzarəti xeyli gücləndiriləcək, qeyri-leqal miqrantların ölkəyə girişindən imtina hallarının sayı artacaq. Eyni zamanda, bəzi ölkələrin – məsələn, Əfqanıstanın vətəndaşları üçün qaçqın proqramları dayandırılacaq.
Bundan əlavə, Merz sosial müavinətin ləğv edilməsinin və onun “əsas təminat” ilə əvəz edilməsinin tərəfdarı olduğunu söylədi. Bu sosial proqramların nə dərəcədə fərqli olacağı hələ tam aydın deyil.
Sənəddə Almaniyada minimum əmək haqqının saat üçün 15 avro olacağı da bildirilir. Eyni zamanda, hökumət pensiyaların artırılmasını və gəlir vergisi islahatı həyata keçirməyi planlaşdırır.
SPD lideri Zaskia Esken etiraf etdi ki, idarəedici koalisiya yaratmaq üçün təsis sənədinin müzakirəsi “asan iş deyildi”. İndi CDU/CSU və SPD-nin növbədənkənar konfranslarında partiya üzvləri koalisiya razılaşması məsələsinə səs verməli olacaqlar.
Xarici siyasət