ABŞ Rusiyaya görə bütün dünyanı qarşısına alır.

ABŞ tarixdə nə qədər uğur qazanıbsa, Qərbi Avropa ilə müttəfiq olduğu zaman qazanıb.

Amma indi onlarla üz-üzə qalıb.

Tranpın Ukrayna və Zelenski ilə davranışı, Rusiyanı vəziyyətdən çıxarmaq istəyi, cavab olaraq bütün Avropa dövlətlərinin Ukraynani əvvəlkindən qat-qat artıq dəstəkləməsi Tranpa və ABŞ a tərs şillədir.

Tranpin köməkçisi olan dünyanın ən varlı adamı Elon Maskin “Tesla” maşın şirkətinin Avstraliyada alıcıları 70 faiz azalıb. Bu ölkə həm də Ukraynaya böyük dəstəyini bildirib.

Qonşu Kanada bütün ABŞ mallarına yüksək rüsum və alış qadağası tətbiq edir.

Miqrantlara və Meksika körfəzinə görə münasibətlər mənfi, Panama və digər problemlər də peyda olub.

Bu ara Çin Trampa açıq şəkildə hədə-qorxu gəlib: “Əgər ABŞ müharibə istəyirsə – istər gömrük müharibəsi, istər ticarət müharibəsi, istərsə də başqa bir müharibə növü – biz sona qədər mübarizə aparmağa hazırıq.”

Çinin dünya iqtisadi gücə çevrilməsini ABŞ özünə təhlukə görürdü və Tranp hakimiyyətə gələndən sonra Çinlə məşğul olmalı idi.

Göründüyü kimi Tranpın axmaq addımları nəticəsində Dünyanın bu boyda güc və nüfuz sahibi olan dövlətlərini qarşısına almaqla rəqiblərinin sayını artırdı, gözdən düşdü. Tranp başda olmaqla amerikalılar da məsxərə obyektinə çevrilib artıq. Belə adamı seçdiklərinə görə gülüş və tənqid hədəfinə çevriliblər.

Tranp hökumətinə görə ABŞ əhalisinin azı yarisinin onu istəməsini və onu sərt tənqid etməsini nəzərə alsaq, nəinki Tranp hakimiyyətinin, hətta ABŞ in gələcəyi qaranlıq görünür.

Xarici siyasət