Polşa Rusiyadan Gələ Biləcək Təhükəyə Qarşı Hərbi Təlimlərə Başlayır

Polşa hökuməti Rusiya tərəfindən mümkün hərbi təhdidlərə qarşı müdafiə tədbirlərini gücləndirir. Baş nazir Donald Tusk ölkə vətəndaşlarını – öncə kişiləri, sonra isə qadınları – hərbi təlimlərdə iştirak etməyə çağırıb. Onun sözlərinə görə, regionda artan gərginlik Polşanın təhlükəsizliyini gücləndirməyi zəruri edir.

Hökumət eyni zamanda Polşanın Ottava və Dublin Konvensiyalarından çıxması məsələsini parlamentdə müzakirəyə çıxarıb. Bu konvensiyalar müvafiq olaraq piyada minaların istifadəsini və kaset bombalarını qadağan edir. Polşa hakimiyyəti hesab edir ki, bu məhdudiyyətlər ölkənin müdafiə qabiliyyətini zəiflədə bilər.
@à la une