
Düşünürəm ki, Trampın ən böyük yanlış addımlarından biri, bəlkə də birincisi dərhal qonşularla “dava” salmaq oldu. Söhbət ilk növbədə Kanadadan gedir.
Ontarionun Baş naziri Daq Ford: “Gələn həftədən etibarən biz ABŞ-a ixrac olunan elektrik enerjisinə 25% tarif tətbiq edirik – biz bunu etməyə məcburuq. Onlar bizim enerjimizə güvənirlər və yürütdükləri siyasərin ağrısını hiss etməlidirlər. Onlar bizə sərt hücum etmək istəyirlər, biz isə onlara ikiqat sərt cavab verəcəyik”.
Kanada-ABŞ müttəfiqliyi uzun on illiklər ərzində dünya siyasətində müttəfiqliyin etalonu sayılırdı, amma Kanada-ABŞ münasibətlərində tək müttəfiqlik dönəmi olmayıb. Misal üçün 1814-cü ildə kanadalılar(BB tərkibində idilər) ABŞ-la müharibə apararaq Ağ Evə qədər çatıb, Ağ Evi yandırmışdılar. Tarix bunu da unutmayıb.
Tramp bu gün açıq şəkildə Kanada ilə konfrantasiya yolunu seçib, ABŞ-ın ən yaxın qonşusu və müttəfiqilə. Tramp ABŞ-ı faktiki olaraq müttəfiqsiz qoyub, “dahi lider” demişkən “sizin güclü kartlarınız yoxdur”, bax Tramp bu gün ABŞ-ı o dedikləri “güclü kartlardan” məhrum edir(b).