
Vilyam Horvard Taftın 1908-ci ilin sonlarında hakimiyyətə gəlişindən sonra ABŞ-nin təcavüzkar siyasəti daha da gücləndi.Taftın prezidentliyi dövründə ABŞ-nin Kubaya olan münasibəti qismən dəyişdi.Bu siyasət iki xüsusiyyətlə -prezident Taft və dövlət katibi Filander Noksun siyasəti üçün xarakterik olan yeni önləyici siyasət və yaxud dollar diplomatiyasının yürüdülməsi ilə səciyyələndirdi.
Vilyam Taft tərəfindən işlənib hazırlanmış “önləyici siyasət” Kuba,Karib hövzəsi və mərkəzi Amerikanın digər ölkələrinə müdaxilə etməkdə ABŞ hüququnun yeni interpretasiyası ilə bağlı idi.Məlum olduğu kimi, maarifçilik ideyalarının intişarı genişləndikcə özünü qərb demokratiyasının ən gənc vətəni hesab edən ABŞ-ni də yeni formaların axtarışına vadar edirdi ki,bunların içində ən sivilizasiyalı metod Taftın “Dollar Diplomatiyası” idi.
İlk növbədə amerikan təcrübəsinin ümumiləşdirilməsi Tafta belə nəticəyə gəlməyə imkan verdi.Cünki heç də bütün hallarda “Böyük Dəyənək” siyasəti ABŞ-yə müsbət imic qazandırmamışdı.Dövlət müstəqilliyi yolunda olan ölkələr bəzən bu siyasəti qəbul etmir, Kolumbiya ilə olduğu kimi hərbi -siyasi qarşıdurma bəzən silahlı mübarizə həddinə çatır və böyük vəsaitlər hesabına başa gəlirdi.
1911-1912-ci illərdə çox ağır şərtlərlə Nikaraquaya verilən müxtəlif borclar milli bankın bütün səhmlərinin 51% üzərində Amerika bankirlərinin nəzarəti,maliyyəçilər tərəfindən dəmiryol səhmlərinin satın alınması, gömrük rüsumlarının baş yığıcısının xüsusi rolu eləcə də Amerika piyadalarının ölkədəki mövcudiyyəti-bütün bunlar ölkəni sənayeçiləri və maliyyəçiləri üçün onun sərvətlərini ələ keçirmələrində əlverişli şərait yaradırdı.
“Dollar Diplomatiyası” Çox ağır şərtlərlə borc əməlliyatları ölkənin daxili işlərinə açıq müdaxilə və qeyri -bərabər müqavilələr ABŞ tərəfindən təkcə Panama ,Santo-Dominqo və Nikaraquaya deyil,həm də Hondurasa və digər Latın Amerikası ölkələrinə qəbul etdirilirdi.Belə ki,Hondurasın xarici borcları 27 milyon dollar təşkil edirdi və ABŞ Hondurasa “kömək” göstərməyə həvəslə razılıq verdi.Borclar haqqında konvensiya tezliklə imzalandı.
Dövlət katibi Noks iddia edirdi ki,ABŞ Avropa ölkələrinin müdaxiləsinə imkan verməməlidir, yalnız ABŞ borcların ləğv edilməsi və respublikada maliyyə sabitliyinin bərqərar olması üçün Hondurasa borc təşkil edə bilər və etməlidir.
ABŞ-nin bu siyasəti digər dövlətlərin ona qarşı nifrətini artırmaya bilməzdi.Belə ki,ABŞ dövlət katibi Noks Latın Amerikası ölkələrinə səfərə çıxmağa, gərgin vəziyyəti heç olmasa bir qədər yumuşaldılmasına nail olmağa qərar verdi və Panama,Kosta-Rika ,Nikaraqua,Honduras, Salvador,Qvatemala, Dominikan, respublikası, Haiti və Kubada oldu.Lakin onu bu ölkələrdə soyuq qarşıladılar.Çünki ABŞ-yə olan etimadsızlıq get-gedə güclənməkdə idi.Beləliklə”Dollar Diplomatiyası” yeni əsrin əvvəllərindən başlayaraq panamerkanizm ideologiyası ilə birləşərək ABŞ-nin siyasi təsirini çox uzaqlara yaymışdı.
Tarixi sənədlərə istinadən