Günel İsayeva #Diqqət! #Diqqət #Diqqət

Müammalı beş ölüm

İki gün öncə Ağstafa rayonu Qırlı kənd sakini Şəfayət İsmayılovanın müamalı ölümü ilə bağlı paylaşım edildi. Xəbər məni tutdu, xüsusilə bir ailədən il ərzində beş nəfərin ölüm faktı. Dünən bununla bağlı video formatda paylaşım etdim və yaxın qohumlar yazdı mənə ki, sübutlar var və biz şübhəliyik bu ailədən. Bu gün 22 yaşlı gənc qızın (mətbuat səhvən 24 yaş deyib) ölüm faktı ilə yaxınları ilə danışdım və qızın meyidi yuyularkən( video çəkilib aldığı yaralar və bədən izləri ilə bağlı) görüntülər məni şok etdi. Təbii ki, paylaşılan deyil, istintaq sirridir. Meyid ekspertizaya göndərilib, 15 günə cavab çıxmalıdır. Sadəcə qız baş, alın, burun, çənə, boyun, sinə nahiyədən güclü zədələr alıb. Valideynləri də şokdadır ki, iki metr hündürlükdə düşən insan ölə bilməz, yaxud ölümə səbəb olacaq belə ağır zədə ala bilməz. Həm də dəhşətlisi budur ki, meyidin boynu, saçı qan içindədir. Yaxınları deyir ki, meyidi hadisə yerindən götürəndə yerdə nə qan izi, nə bir ləkə yoxdur. Ancaq meyidə baxarkən kifayət qədər qan axdığı bilinir. Bəs, o qan hara düşüb? Üstəlik olduqca balaca nərdivan yıxılan qadına ağır kəllə – beyin travması yaşada bilər? Üstəlik bu ailədə son bir il ərzində beş ölüm faktına diqqət kəsildim. Hamısı belə “naməlum”, “müamalı” vəziyyətdə baş verib. Öncə azyaşlı qız uşağı gecə sağlam yatıb səhər yatağında ölü vəziyyətdə tapılır. Bu hadisə ötən ilin 8 iyulunda baş verir. Daha sonra bu ölümlə barışmayan qaynana tez-tez deyirmiş ki, bu ölümə inanmıram, uşaq sağlam idi. Hətta günlər öncə həkimə apararkən həkim uşağın sağlam olduğunu deyib. Gecə səbəbsiz uşaq ölə bilməz. Həmin ilin sentyabrında daş hasar yanında üzüm ağacından olan qaynata və nərdivanın yanında olan qaynana müamalı şəkildə ölür. Guya hasar uçur və bir neçə daş qaynananın başına düşür o ordaca, yuxarıda olan qaynata isə yıxılaraq boynu sınır ölür. Tələsik bunlar dəfn olunur. Deyilənə görə tibbi ekspertiza keçirilmir. Üstəlik bir müddətlik fasilədən sonra növbəti körpə qız uşağı gecə atası ilə yatır və səhər ana uşağa yemək vermək istərkən yataqda ölü vəziyyətdə aşkarlayır. Ən son iki gün öncə gəlin iki metrlik pəncərədən yıxılıb “naməlum” şəkildə ölür. Meyidi hadisə yerindən görənlər qeyd edir ki, ekspert olmasaq belə yerdə qan izi olmaması, meyidin şişməsi, dəri rəngi və forması ölümün heç də bir saat, yarım saat ərzində baş vermədiyini göstərir……. Nələr baş verir İsmayılovlar ailəsində? Bu qədər təsadüfü ölümlər? Hasar, pəncərə, gecə yat səhər oyanma? İnandırıcıdır? Evdə tək adam qalır. O da ər. O ər ki, Sahil İsmayılov elə həmin kənddə hərbiçi işləyir. Səhər tezdən durub işə gedir….. Qızın valideynləri və kənd camaatı ondan şübhələnir….. Deyirəm ki, ilk ölümlərdən siz şübhələnib tələb qoyardı ki, düzgün araşdırılsın ki, niyə belə ardıcıl ölümlər baş verir. Axı bu təbii ölümlərə bənzəmir. Deyirlər ki, evə, ailəyə yaxınları buraxmırdı… Qız valideynləri ilə danışa bilməyib….

qadınqətlləri getdikcə silsilə hal alır və #mayaklaşma araşdırılmalıdır ki, niyə bu qədər müamalı ölümlərə göz yumulub? Bu artıq öldürülmədisə dörd qadın, bir kişi öldürülüb. Təbii ki, ekspertiza şəffaf keçirilməsini üstünə düşüb tələb etməlidirlər. Düzdür, çox çətinliklər, qeyri – şəffaflıq faktları var, amma ümüd edirəm ki, bu hadisə obyektiv araşdırılacaq. Çox istərdim ki, hüquq mühafizə orqanları ilə yanaşı, hüquq müdafiəçiləri, qadın, uşaq hüquqları ilə bağlı məşğul olanlar (düzdür, həbs var və çoxunun adına cinayət işi açılıb deyə üzdə deyil, ya istiqamətini dəyişib ) aidiyyəti qurumlar maraqlansın bu işlə, tələb etsinlər.

P. S bu qədər jurnalist var, amma heç biri hadisə yerinə gedib, obyektiv araşdırma etmədi. Qızın yaşını belə səhv verdilər. Dostluqda olan jurnalistlər, bu mövzunu araşdırıb detallı verin. Məlumatlarda yardımçı olaram.

Vəkil Qanun Hüquq Müdafiə