
2 vacib xəbər.
- ABŞ-Kanada ticarət müharibəsi davam edir.
Tramp Kanadadan idxal olunan polad və alüminium üçün gömrük rüsumlarını 25%-dən 50%-ə qaldırdı.
Buna cavab olaraq, Kanada bəzi ABŞ ştatlarının elektrik enerjisini kəsəcəyini bildirdi. Tramp isə həmin ştatlarda fövqəladə vəziyyət elan edəcəyini bəyan etdi.
Bu fonda ABŞ birjaları çökməyə davam edir.
- Çin fəallaşır.
Müharibənin ilk günündən bəri Çinin dövlət telekanalı təmas xəttindən ilk reportajını yayımladı. Məntiq etibarı ilə çinlilər öz strateji tərəfdaşı olan Rusiya tərəfindən reportaj verməliydilər, amma məsələnin ən incə tərəfi də elə odur ki, çinlilər Ukrayna tərəfindən reportaj verdilər…