
Vəkil köməyə çağırır
Tanınmış vəkil Rövşanə Rəhimli zorakılığa məruz qalmış bir qadının müdafiəsi üçün həyəcan siqnalı verir.
“SOS! bir neçə gün əvvəl Abşeron rayon İcra hakimiyyəti tərəfindən məişət zorakılığından zərər çəkən Ü.Q-ya keçmiş əri R.A.-nın zorakı hərəkətlərindən müdafiə olunması üçün mühafizə orderi almışıq. Lakin dünəndən etibarən həmin şəxs qadına və oğluna küçədə açıq-aşkar hücum edərək dəmirdən olan alətlə xəsarət yetirib. Ü.Q.-nın oğlu onu müdafiə etməsəydi yəgin bu gün qadın həyatda olmayacaqdı. Məsələ ilə bağlı polisə şikayət bildirilib lakin görünən odur ki, aqressor R.A. anasını qoruyan oğlundan qisas almaq məqsədilə (təhdid dolu səs mesajları var) ondan Abşeron polisinə şikayət edib. Gecə 12-nin yarısıdır polis təhqiqatçısı durmadan qadının oğlunu yığır ki, gəlsin təkrar izahat versin. Təhqiqatçıya zəng edib soruşuram ki, gecənin bu saatında niyə çağırırsız insanları təkrar izahata, təhqiqatçı deyir MÜHAFİZƏ ORDERİNİN surətini istəyirik. Deyirəm sizə təqdim olunub, lazımdırsa yenə sizə göndərə bilərəm votsapla amma gecə vaxtı oğlanı çağırıb anasının evdə tək qalmasına səbəb olacaqsınız həm bu hərəkətiniz qanunsuzdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mühafizə orderinin tələblərini və məsuliyyətini heçə sayaraq zorakılıq qurbanı olan bir qadına küçənin ortasında xəsarət yetirmək heç bir hüquqi dövlətin prinsiplərinə uyğun deyil. Şikayətimizi operativ araşdırmağınızı və məişət zorakılığını törədən şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edirik!”
Azadlıq qəzeti