
Hörmətli izləyicilər!
Göyçay rayon mərkəzi xəstəxanasının yarıtmaz fəaliyyəti və sair qanunsuz faktlarla bağlı kanalımızda bir sıra süjetlər efirə gedib.Hər dəfə xəstəxana rəhbərliyi sudan quru çıxmaq üçün ən müxtəlif üsullara əl atırdı.Əlbətdə bütün bu çabalar boşunadır və dövlətin əlaqədar qurumları öz işini görür,sadəcə hər bir işin zamana ehtiyacı var.
Göyçay xəstəxanasından daha bir məktubu redaksiyamıza göndərən şəxs bunları yazır.Həmin məktubu olduğu kimi diqqətinizə təslim edirik.
Şəkildəki sarı rəngli UAZ markalı nəqliyyat vasitəsi yararsız vəziyyətdə olsada Ərzuman Əliyev adlı şəxs güya ki, bu avtomobili idarə edir.Həmin şəxsə aylıq əməkhaqqı da yazılır və həmin UAZ-a aylıq benzin pulu yazılaraq mənimsənilib və bu gün də bu proses davam edir.
Gördüyünüz bu avtomobillər Göyçay RMX-nın balansındadır.Həmin avtomobillərin ehtiyat hissələri rəhbərlik tərəfindən satılmışdır.Avtomobillərin buraxılış ili köhnə olsada iddialara görə xəstəxananın balansından silinməmişdir.
Dövlət qeydiyyat nişanları avtomobillərin üzərindədir.Bəs nə olsun ki, avtomobillərin ili köhnədir,bəs bunların mühərriki,ötürücü qutusu köhnə də olsa hardadır?Hətta avtomobillərin oturacaqlarını da söküb satıblar.
İddia olunur ki,sabiq rəhbərliyin dövründə satılıb.Elə isə yeni rəhbərlik xəstəxananı necə təhvil alıb?Yaxud təhvil alınması sənədləri varmı? Təhvil alarkən hər-hansı akt tərtib olunubmu?
Ümumiyyətlə, Göyçay xəstəxanasında dərin korrupsiya,mənimsəmə izləri var deyə məktubda bildirilir.Əgər korrupsiya ilə bağlı hər-hansı yoxlama aparılsa bütün bunlar artıqlaması ilə üzə çıxacaq.
Redaksiyadan:Faktla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.Mövzu diqqətimizdədir.