Bakıda dörd nəfərin küçədə bir nəfərin avtomobilinə hücum edərək sürücünü ölümcül döyülməsinin səbəbi məlum olub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə qadın üstündə baş verib.

Belə ki, avtomobilin sürücüsü insidentdə iştirak edənlərdən birinin həyat yoldaşına söz atıb. Qadın isə bu barədə həyat yoldaşına məlumat verib.

Bundan sonra qadının həyat yoldaşı digər şəxslərlə birlikdə həmin şəxsi cəzalandırmaq üçün onu izləyiblər. Onu küçədə avtomobilində tutublar və ölümcül döyüblər.

Qeyd edək ki, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.