Leyla Yunus: “Ombudsman bu günə qədər həbs olunan heç bir ictimai-siyasi fəaldan, jurnalistdən danışmayıb, hətta qeyri-siyasi işlərdə də bacarıqsızlıq nümayiş etdirib”

Fevralın 24-də İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva 2024-cü il üzrə Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı parlamentə məruzə edib. Bir müddət sonra qurumun saytına yerləşdirilən 99 səhifəlik məruzədə Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının vəziyyəti, siyasi həbs və işgəncələrlə bağlı şikayətlərə yer verilməyib.

Ombudsman parlamentin müzakirəsinə təqdim etdiyi hesabatda 29 371 müraciətə baxıldığını bildirsə də, ən azı vətəndaş cəmiyyətinin il ərzində işgəncə və qeyri-insani rəftarla bağlı ictimailəşdirdiyi onlarla şikayətin birinə də yer verilməyib. Bu qəbildən olan şikayətlərə heç qurumun fakt araşdırıcı missiyasının hesabatlarında da rast gəlinmir.

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus “Abzas Media”ya deyib ki, Azərbaycanda Ombudsmanın nəinki builki, daha əvvəl hazırlanan hesabatlarında da ölkədəki insan hüquq və azadlıqlarının pozuntuları ilə bağlı məlumatlar verilməyib. Onun fikrincə, Ombudsman Aparatı sistemi beynəlxalq təkliflər əsasında təsis olunsa da, uzun illər ərzində ancaq pərdə rolunu oynayıb.

“Biz bunu başa düşürdük. Çünki Ombudsman Azərbaycanda bir institut kimi formal rol oynayır. Bundan əvvəlki Ombudsman Elmira Süleymanovanın da çıxışlarında, hesabatlarında siyasi təqiblərlə bağlı heç bir məlumat olmurdu. Amma o, az-çox hüquq müdafiəçiləri ilə görüşür, danışırdı. Səbinə Əliyeva isə ancaq hakimiyyəti tərifləməklə məşğuldur”.

Davamını oxumaq üçün: https://t.ly/hDfyR