
Ceyhun Bayramov: “Ermənistanla sülh sazişinin mətni ilə bağlı danışıqlar yekunlaşıb”
“Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb”. Bunu martın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib.