İsmayıllı Rayon Mərkəzi Xəstəxanası, Xanagah kənd İnzibati Ərazi Dairəsi və Teymur Xəlilov adına Xanagah kənd ümumi orta məktəbinin birgə təşkilatçılığı ilə icbari tibbi sığortaya dair maarifləndirici tədbir keçirilib.

Tədbirdə İcbari Tibb Sığorta üzrə Dövlət Agentliyinin Şamaxı filialının rəhbəri Elşən Rəcəbov, İsmayıllı RMX-nın Sığortanın təşkili və innovasiya şöbəsinin sığorta üzrə mütəxəssisi Aytac Bəhrəmli, məktəbin rəhbərliyi, kollektivi və kənd sakinləri iştirak edib.

Tədbirdə “Xidmətlər Zərfi”ni əhatə edən tibbi xidmətlərdən və onların əlçatanlığının təmin edilməsindən, icbari tibbi sığorta çərçivəsində göndərişlərin verilməsindən və gələcəkdə tibbi xidmətlərin sayının artırılması imkanlarından danışılıb.