
Saytımıza göndərilən video və fotolarda meşəliklərin doğranıldığı görsənir.Bunun hansı şəraitdə,necə həyata keçirilməsi işinə əlaqədar qurumlar cavab verəcəklər.
Qeyd olunan ərazi İsmayıllı rayonu Qalınçaq meşəbəyliyində 9-saylı dolaydandır.Müracoət edən şəxs bildirir ki, həmin dolayda yaşıllıqlar kütləvi şəkildə qırılıb və Qalınçaq kəndində şəxsi həyətlərdə kömür basdırılır.
Mənbə xeyli sayda video və foto şəkillər göndərib ancaq bəzi dəqiqləşdirmələr apardıqdan sonra onları da dərc edəcəyik.İndi isə həmin dolayda kimin gözətçi olduğu və sair məsələlər barəsində məlumat almaq lazımdır.
odur ki,bizi izləməyə davam edin həm simalregion.az saytı həm də YouTube üzərindən Şimal Region internet TV vasitəsilə baş verənləri izləyə bilərsiniz.
Redaksiyadan:Baş verənlərlə bağlı araşdırmalar aparacayıq və dövlət qurumlarına informasiya sorğusu göndərəcəyik.Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
İnformasiya şöbəsi