
Putin atəşkəs təklifini necə rədd edir?
“Biz hərbi əməliyyatların dayandırılması təklifi ilə razıyıq. Ancaq biz ondan çıxış edirik ki, bu, uzunmüddətli sülhə gətirib çıxarmalı və böhranın əsas səbəblərini aradan qaldırmalıdır. Məsələ burasındadır ki, müzakirə edilməli çoxlu məsələlər var və biz onları heç bir halda gözardı edə bilmərik”. Bunları Rusiya prezidenti Putin Ukrayna ilə 30 günlük atəşkəs barədə ABŞ-ın təklifinə münasibət bildirərkən deyib.
Putinin bu açıqlaması atəşkəs təklifini dolayı yolla rədd etmək kimi qiymətləndirilə bilər. “Böhranı yaradan səbəblər” deyəndə Putin 2021-ci ildə Bayden administrasiyasına yazdığı müraciətdəki məsələləri nəzərdə tutur. O müraciətlə Putin faktiki dünyanı bölüşdürmək təklifi vermişdi. Bayden administrasiyası bu təklifi rədd etmişdi.
Putin indi Tramp administrasiyası ilə Baydenin rədd etdiyi təklifi müzakirə etmək istəyir və bu məsələni ən vacib hesab etdiyini, hər cür atəşkəs təklifindən üstün tutduğunu gizlətmir.
Putinin seçdiyi taktika atəşkəs təklifini birbaşa rədd etmədən, ortaya müxtəlif məsələlər atıb, atəşkəsdən yayınmaqdır.