
Könüllülük məsuliyyətdən azad edir. Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində Sabunçu rayonu ərazisində 1 avtomat silahı və 21 patron tapılaraq götürülüb. Xətai rayonu ərazisində isə 46 yaşlı kişi tapdığı 1 qumbara, 1 patron darağı və 240 ədəd müxtəlif çaplı patronu polisə təhvil verib. Araşdırmalar aparılır. #qanunsuzsilah #könüllülük
DİN MƏTBUAT XİDMƏTİ