
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında “17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə tədbir təşkil olunub.
17 iyun 1918-ci ildə ilk Səhiyyə Nazirliyinin yaradılması münasibətilə Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Tədbir zamanı ilk olaraq Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Ziyarət zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nəsimi Teymurov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov, baş həkim Nərgiz Rəhimova və kollektiv üzvləri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyub.
Tədbirin ikinci hissəsi Xəstəxananın akt zalında davam edib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nəsimi Teymurov qonaq qismində iştirak edib.
Tədbiri giriş sözülə Vidadi Rəhimov açaraq Azərbaycan səhiyyəsinin inkişafından, tibb işçilərinin şərəfli və məsuliyyətli işindən danışıb və “Tibb İşçilərinin Peşə Bayramı günü” münasibətilə hər kəsi təbrik edərək, onlara bu peşələrində cansağlığı, mərhəmət və səbr arzulayıb.
Nəsimi Teymurov tibb işçilərinə öz ürək sözlərini çatdıraraq hər bir əməkdaşa uğurlar arzulayıb. Həmçinin baş həkim Nərgiz Rəhimova, İsmayıllı rayon səhiyyə İşçiləri həmkarlar ittifaqı Şürasının sədri Fizuli Əhmədov və həkimlər bayram münasibətilə öz ürək sözlərini kollektiv üzvlərinə çatdırıb.
Sonda İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov və İsmayıllı rayon səhiyyə İşçiləri həmkarlar ittifaqı Şürasının sədri Fizuli Əhmədovun imzası ilə 45 nəfər səhiyyə işçisi səmərəli fəaliyyətlərinə görə “Fəxri fərmanla” təltif olunub.
Sonda xatirə şəkilləri çəkdirilib.
Əziz tibb işçiləri peşə bayramınız mübarək!
İsmayıllı rayon mərkəzi xəstəxanası