
“Mən prezident Ərdoğana bütün bölgəmizdə sülh prosesi, sabitliyin təminatı və təhlükəsizlik üçün mümkün olan ən böyük ortaq məsuliyyəti Türkiyənin öz üzərinə götürməsi ilə bağlı aydın təklif vermişəm. Türkiyənin Avropa Birliyinə üzvlüyünü tam dəstəkləyirik”.
Bu fikirləri Polşanın baş naziri Donald Tusk dünən Ankarada Türkiyə prezidenti ilə görüşündə səsləndirib.
Yeni dünya düzənində Türkiyənin qlobal aktora çevrilməsi təkcə qardaş ölkənin siyasi nüfuzunun yüksəlişi deyil, Azərbaycanın da güvənlik təminatlarının artması deməkdir. Bu təminatlar yaxın gələcəkdə bütün geosiyasi dəngələrin dəyişdiyi və barıt çəlləyinə bənzəyən bölgəmizdə bizə çox gərəkli olacaq.