Meydan tv işğal edilib, lakin təslim olmayıb.

Ölkəmizin azad mətbuat tarixinə öz adını böyük hərflərlə yazmış Meydan TV-nin təsis edilməsinin 12-ci ildönümüdür. Təəssüf ki, Meydan TV kollektivinin böyük əksəriyyəti onlar üçün çox əlamətdar olan bu günü həbsxanada qarşılayır. Meydan TV-nin Azərbaycandakı kollektivi tam tərkibdə həbs olunub. Onlara qarşı irəli sürülmüş ittihamlar qanunsuz və uydurmadır.

Meydan TV kollektivi Əliyev rejiminin mətbuat üzərindəki monopoliyasını dağıtdığına, haqqı, hüququ pozulan insanların səsi olduğuna, fərqli, alternativ baxışları cəmiyyətə təqdim etdiyinə, hakimiyyətin korrupsiyasını, məmur özbaşınalığını, səriştəsiz idarəetməni ifşa etdiyinə görə repressiyaya məruz qalıb.

Meydan TV kollektivi həbsdə belə öz mübariz ovqatını, azad mətbuat prinsiplərinə sədaqətini qoruyub saxlayır. Meydan TV-nin xaricdə yaşayan azsaylı jurnalist kollektivi isə çətinliklə də olsa, onun fəaliyyətini davam etdirir.

Meydan TV kollektivini bu media platformasının təsis edilməsinin 12 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Onlara tezliklə azadlığa çıxmağı və sevimli jurnalist peşələrilə maneəsiz şəkildə məşğul ola bilmələrini arzulayıram.

Azadlıq qəzeti