Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 19-da Abşeron rayonunda vətəndaşları qəbul edib.

Qəbul zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Zəngilan, Ağdaş və Bərdə rayonlarından olan vətəndaşlar müqəddəs kitabları öyrənmə kurslarının yaradılması, məscidin dini ədəbiyyatla təmin olunması, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı və digər məsələlərlə bağlı müraciət ediblər.

Ətraflı: https://scara.gov.az/az/xeber/ictimaiyyetle-elaqeler/xeberler/dovlet-komitesinin-sedri-abseronda-vetendaslari-qebul-edib-1#prettyPhoto

Dini qurumlarla iş üzrə dövlət komitəsi