Rayon sakinlərindən redaksiyamıza daxil olan məlumata görə səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin İsmayıllı rayon şöbəsində bir sıra xoşagəlməz işlər müşahidə olunur.

Vətəndaşlar bildirir ki,təkrar hərbi həkim komissiyasından keçmək üçün Bakı şəhərinə vətəndaşlar öz şəxsi büdcəsi hesabına getmək məcburiyyətində qalırlar.18 yaşı tamam olan günü elə çağırışçılar var ki,xidmətə çağırılmaqla bağlı , çağırış vərəqəsi alıblar.Hansı ki,belə hallar onların sürücülük vəsiqəsi almasına mane olur.

Hərbi xidmətdən dolayı yollarla yayınmış çağırışçılar ört-basdır olunur və əlbətdə ki,bu onun valideynlərinin maliyyə imkanlarına baxır.Hələ də İsmayıllıda əsassız,saxta yollarla hərbi xidmətdən yayınan və əslində hərbi xidmətə yararlı onlarla yaşı xidmət etməyə düşən şəxslər var.

Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin İsmayıllı rayon şöbəsində kifayət qədər qaranlıq işlərin baş verdiyi göndərilən məlumatda iddia olunur.Sadəcə bayram günlərində bunu araşdırmaq imkanı yox səviyyəsindədir.Bayramdan sonra bu istiqamətdə araşdırmalar aparıb ictimaiyyətə təqdim edəcəyik.

Redaksiyadan:Faktla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Araşdırmalarımız davam edir.