Əli Kərimlinin mühafizəçisi şərləndi

Hökumət saytları Əli Kərimlinin ictimai əsaslar üzrə mühafizəçisi,AXCP üzvü Kənan Zeynalovla bağlı məlumat paylaşıb.Məlumatda Kənan Zeynalovun Anar Rəhimov adlı bir nəfərə xəsarət yetirməsi bildirilir.

İctimai-siyasi fəallar Zamin Salayev,Aqil Hümbətov,Samir Aşurov,Nicat İbrahimov,Afiyəddin Məmmədov, Emin Şaiq İbrahimovun şərlənmə sxeminin Kənan Zeynalova qarşı tətbiq edilməsi hec bir şübhə doğurmur.
Adları cəkilən fəalların hamısı basqalarına xəsarət yetirmədə ittiham edilərək şərləniblər.

“Martın 21-i saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, məlumatı DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Anar Qafarov təsdiq edib”.