Bu dünyada bir Bayden var idi…

ABŞ-da senator olduğu dövrlərdə ən kasıb siyasətçilərdən biri idi, dedilər: “Korrupsiyaya bulaşmısan.”

Bir oğlunu amansız xəstəlikdən itirdi, dedilər: “Digər oğlunu həbs etməliyik.”

Sivil dünyanı Ukraynanın ətrafında birləşdirdi, dedilər: “Xarici siyasəti burax, daxili problemlərlə məşğul ol.”

Ukraynaya 74 hərbi yardım paketi ayırdı, dedilər: “Azdır, gecikib.”

Respublikaçılar Ukraynaya maliyyə yardımını dayandırmaq istəyirdi, Bayden isə hər dollar uğrunda Konqresdə mübarizə apardı. Dedilər: “Ukraynanın qələbəsini istəmir, bilərəkdən yardımı ləngidir.”

Bayden deyirdi: “Trampı məğlub etmiş yeganə siyasətçiyəm və yenidən onu məğlub edəcəyəm.” Dedilər: “Qocasan, çəkil.” Və nəticədə, mümkün olan hər şeyi uduzdular.

Bayden nəhayət namizədliyini geri götürdü. İndi deyirlər: “Gec oldu. Tez getsəydin, bəlkə də qazanardıq.”

Kamran Cəfərov politoloq