
Bu gün Ukraynada dəniz piyadaları günüdür. Bayram münasibətilə çox təsirli status oxudum və sizinlə bölüşmək istəyirəm.
Dəniz piyadası İvan Kostenko yazır:
Biz heç vaxt vidalaşmırıq.
Biz sadəcə bir-birimizin əlini sıxırıq, siqaret paylaşırıq, kimin qəhvə bişirəcəyini dartışırıq, yarasına görə döyüşdən yayındığını deyərək bir-birimizi zarafatla sancırıq.
Zarafatlarımız çox sərtdir. Heç kimə mərhəmət göstərmirik, çünki özümüzə mərhəmətli deyilik. Biz – Dəniz Piyadalarıyıq. Bununla fəxr edirik, baxmayaraq ki, bu ad bizə imtiyaz yox, yalnız birinci hücuma getmək və mövqeləri geri almaq “şərəfi”ni verir.
Yalnız bizdə “sən nə, kontuziya almısan?” kimi ifadə zarafata çevrilir. Çünki hamımız bir neçə dəfə kontuziya almışıq və bu artıq gülməli gəlir. Niyə? Bu zarafatı başa düşmək üçün bizim keçdiyimiz yolu keçməlisiniz… amma açığı, sizə bunu heç vaxt məsləhət görməzdim.
Biz heç kimlə yola getmirik, çox kobuduq, bizim üçün nə rütbə, nə vəzifə var, yalnız döyüşdə qazandığın hörmətin var.
Bizi sevmirlər. Çünki hara gediriksə, orada müharibə başlayır. Biz Apokalipsisin ilk siqnalı kimiyik.
Amma…
Biz ən yaxşıları itiririk.
Dəniz piyadalarını itiririk.
Alovun içinə addımlamağa cəsarəti olanları itiririk. Hara getdiyini bilə-bilə gedənləri…
Bəziləri bizə könüllü gəlmir – hərbi komissarlıq göndərir. Amma onlar da dəniz piyadasına çevrilə bilir.
Qəzəbli, sərt, kobud və mərhəmətsizik.
Amma problemlər başlayanda və yerlə göy bir olanda məhz biz gəlirik.
Çünki Dəniz Piyadaları heç kimə, heç nəyi bağışlamır.
Bayramınız mübarək, azad insanlar!
Şərəf və həlak olanların əbədi xatirəsinə!