İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni dağılıb və bir daha geri qayıtmayacaq. Ancaq qlobal böhran pik nöqtəsinə hələ çatmayıb. Buna görə də gələcək dünya düzənin cizgiləri aydın görünmür. Qənaətimcə, gələcək dünya düzəni çox böyük ölçüdə Böyük Britaniyanın siyasi, Ukraynanın hərbi uğurundan asılı olacaq.
Böyük Britaniyanın siyasi, Ukraynanın hərbi uğuru Rusiya imperiyasının parçalanmasına, müsətəmləkə xalqların istiqlaliyyət qazanmasına gətirib çıxaracaq. Böyük Britaniyanın siyasi, Ukraynanın hərbi uğuru önəmli dərəcə də informasiya müharibəsinin nəticəsindən asılıdır.
Buna görə də Böyük Britaniyanın siyasi, Ukraynanın hərbi uğur qazanmasını təmin etmək Rusiya imperiyasına qarşı olan hər bir şəxsin əsas vəzifəsi olmalıdır.

Xəqani Cəfərli politoloq