DİN-n göstərişi əsasında bölgələrdə ,əsasən də məktəblərdə narkomaniya və onun yaratdıgı təhlükələrdən , dini radikalizmin fəsadlarından əhalinin eləcə də məktəblilərin maarifləndirilməsi yönümündə böyük işlər aparılır… Sabunçu R.P.İ -nin rəhbərliyi və əməkdaşları məsul olduqları ərazidəki məktəblərdə saglam nəslin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirirlər…Narkotik vasitələrin cəmiyyətimizdə yaratdıgı problemlərin , zərərli maddələrin yayılmasının qarşısının alınmasında , cinayətkarlıga qarşı mübarizənin səmərəli şəkildə aparılmasında Sabunçu R.P.İ-n danılmaz fədakarlıgı var.. Eyni zamanda Sabunçu DYP -i şöbəsi rəhbərliyi , əməkdaşları tələbə və şagirdlərin yol hərəkətinin təhlükəsizliyi ilə baglı bilik və bacarıqlarının inkişaf etdirilməsi , yol hərəkəti mədəniyyətinin şagirlərə təlqin edilməsi yönümündə xüsusi maarifləndirmə işləri aparırlar…
Əlbəttə DİN -n bu gözəl təşəbbüsü xalq arasında ehtiramla qarşılanır…Vətəndaşlar isə həmişə , hər an xalqın təhlükəsizliyini , dövlətimizin sabitliyini göz bəbəyi kimi qoruyan vicdanlı polislərimizə yalnız alqış və dualar edirlər…EŞQ OLSUN!!!

Abuzər Cəfərli