
Sumqayıtın baş memarı (Zakir Fərəcovun “sağ əl”i olduğu deyilən) Adil Xudadatovun hələ bələdiyyə seçkilərindən 3-4 ay əvvəldən bələdiyyə sədri olacağı barəsində məlumatlar yerli saytlarda yayımlanırdı. Sonra bir müddət bu yazıların bir qismi əksər saytlardan qaldırıldı. Lakin bələdiyyə seçkilərində vəziyyət dəyişdi – yəni saytlarda yazılanlar təsdiqini tapmadı. Sən demə əvəzinə Adil Xudadatov yeni və daha ağıllı variant tapıbmış. Cəmi 4 aya yaxın müddət keçir, ara sakitləşib və bələdiyyə sədri özü öz xoşu ilə sədr vəzifəsindən çıxır, yerinə Adil Xudadatov “seçilir”, sonra keçmiş sədr onun müavini olur. Üstəlik də keçmiş sədr və hazırkı müavinin də müharibə iştirakçısı olduğu rəsmi xəbərlərdə xüsusi vurğulanır ki, diqqətlər onun medallarına yönəlsin.
Bəli, Adil bəy müharibə iştirakçısından öz maraqları üçün belə istifadə edir.
Bu nə dərəcədə adil davranışdır, hörmətli Adil bəy?
Görünən odur ki, yerli saytlarda icra başçısı Zakir Fərəcovla yaxın münasibətlərinin olduğu deyilən Xudadatov öz karyera taleyini özü yazıb, özü yaşayır.
Amma necə?
Hansı yollarla?
Bunun üçün ona kim dəstək olur, kim himayədarlıq edir?
Yeri gəlmişkən Adil Xudadatovun adı hələ ki, Sumqayıt şəhər icra hakimiyyətinin struktur bölməsində baş memar olaraq qalmaqdadır.
DoğruXeber.az