Bu hadisəni yadda saxlayın, tarixi hadisədir. Almaniya qayıdır, sözdə yox, tanklar və raketlərlə.

Almaniya Silahlı Qüvvələrinin tarixində ilk dəfə olaraq Litvada 5000 hərbi qulluqçu yerləşdirilir. Beləliklə, Berlin Vilnüsün müraciəti ilə NATO-nun şərq cinahının təhlükəsizliyini təmin etməyə kömək edir və Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsinə cavab verir.

Bu gün kansler Merts şəxsən Litvada alman hərbçilərlə görüşürdü.

Almaniyanın müdafiə naziri Boris Pistorius: “Almaniya NATO ərazisinin hər kvadrat santimetrini müdafiə etməyə hazır olacaq”.

Bu ancaq başlanğıcdır, qayıdan Almaniyanın ayaq səsləridir…