
Şimal bölgəsi yenə ağ örpəyə BÜRÜNDÜ – FOTO
Şimal bölgəsində Baharın gəlişindən sonra qarlı, şaxtalı günləri davam edir.
Qubadakı Regional Şimal-Şərq Hidrometeorologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, ən çox qar Qusarın Ləzə kəndində müşahidə edilib-14 sm.
Ən çox şaxta isə -7,7 olmaqla Qubanın Xınalıq kəndində qeydə alınıb. 12 sm qar düşən Qrız kəndində -7,1 dərəcə şaxta müşahidə edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu