
Tramp Qrenlandiyanı işğal etməyə hazırlaşır və əgər əvvəllər bir çox insana bu zarafat kimi gəlirdisə, bunun zarafat olmadığını artıq hər kəs görür və Avropada həyacan təbili çalınır.
Dünən ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan etdi ki, Danimarka ABŞ-ın etibarlı müttəfiqi deyil və buna görə də ABŞ Qrenlandiyanı işğal edə bilər.
Bu həftə, Qrenlandiya hökumətinin rəsmi dəvəti olmadan Trampın milli təhlükəsizlik üzrə müşaviri Volts və vitse-prezident Vensin həyat yoldaşı Qrenlandiyaya səfəri gözlənilir. ABŞ-ın təhlükəsizlik xidməti artıq Qrenlandiyaya zirehli avtomobillər və ABŞ mühafizə xidməti agentlərini yerləşdirib(səfərin təhlükəsizliyini təmin etmək üçün).
Nələr baş verə bilər? Ehtimallar irəli sürək.
Burda Trampa “Amerikanı kəşf etməyə” ehtiyac yoxdur. Bu məsələdə Trampın dostu olan Putinin işlək mexanizmi var.
Mümkün olan ssenarilərdən biri barədə yazaq.
Tramp administrasiyası Qrenlandiyada kollaborantları və satqınları ələ alacaq və onlar kameralar qarşısında Voltsdan Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil edilməsini xahiş edəcəklər. Daha sonra bu kollaborantlar saxta hakimiyyət orqanları yaratmağa başlaya bilərlər, referendumu imitasiya edə bilərlər, hakimiyyəti ələ keçirmək üçün zorakılıqdan istifadə edə bilərlər, ABŞ isə onlara heç bir tanınma nişanı olmayan adamlarla(Krım əməliyyatını xatırlayın) kömək edə bilər.
Qrenlandiyanın işğalı Tramp üçün cek-pot olacaq, niyə?
NATO-nun əsas təhlükəsizlik qarantı olan ABŞ-ın, NATO üzvünə hücum edərək ərazisini işğal etməsi, de-fakto dünyanın ən güclü hərbi alyansın dağılması deməkdir. Tramp/Putin cütlüyünün arzusu bu deyilmi? Xatırlayırsınızsa, Putin dəfələrlə NATO-nu “soyuq müharibənin rudimenti” adandırırdı və müasir dünyada bu alyansın mövcudluğunun mənasızlığını vurğulayırdı. Nəticə etibarı ilə, ABŞ öz müttəfiqlərinə hücum edirsə, NATO-nun hansı ölkəyə təhlükəsizlik zəmanətlərin verməsi barədə danışa bilərik, əgər heç öz üzvlərinin digər üzvlərindən qoruya bilmirsə?
Məsələnin digər tərəfi də var, ABŞ-ın daxili siyasi tərəfi. Tramp bunu öz elektoratına “böyük qələbə”, “böyük uğur”, “ABŞ genişlənir/böyüyür/güclənir” kimi “sata” biləcək və resp-lərin onsuzda xüsusi intelektual bacarıqlarla fərqlənməyən elektoratı bunu iki əlli dəstəkləyəcək.
Kamran Cəfərov politoloq