Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Xucənddə keçirilən üçtərəfli görüşün yekunlarına görə dövlət sərhədlərinin kəsişdiyi nöqtəyə dair Saziş imzalayıblar.
Bundan əlavə üç ölkə arasında əbədi dostluq barədə Xucənd Bəyannaməsi imzalanıb.

Bu saziş üç Mərkəzi Asiya ölkəsi arasında olan ərazi iddialarına son qoyulması istiqamətində çox mühüm addımdır.

Sazişin vasitəçi tərəfin iştirakı olmadan imzalanması Kremlin bu keçmiş sovet respublikaları üzərində təsir imkanlarının bir qədər də məhdudlaşmasının göstəricisidir.
Bu hadisə bir nümunə ola bilər.

Kənar qüvvələrin müdaxiləsinə son qoyulmasının yeganə yolu Günüy Qafqaz ölkələri arasında da vasitəçilərin iştirakı olmadan oxşar sazişin imzalanmasıdır.

Əks halda bir gün Lavrova, bir gün Makrona, bir gün Ştaynmayerə cavab verməli olacayıq.

Arif Hacılı