BMT və dünyanın aparıcı ölkələri tərəfindən terror təşkilatı kimi tanınan HTŞ-nin lideri kimi tanınan, özünü Suriyanın prezidenti elan edən Əhmət əl-Şara ilə kürdləri təmsil edən, Türkiyənin terrorçu kimi tanıdığı Suriya Demokartik Qüvvələrinin komandanı, Ankaranın terrorçu hesab etdiyi, Trampın isə general ünvanı ilə müraciət etdiyi Mazlum Abdi arasında anlaşma imzalanması bölgədə gerçəkləşdirilən məzhəkənin bariz nümayişi idi.
Ötən ilin dekabrında Suriyada baş verən hakimiyyət dəyişikliyinin Türkiyənin qələbəsi olduğunu düşünən, mənim fərqli mövqeyimi isə top atəşinə tutanlara keçmiş olsun. “Prezident” Əhmət əl-Şara anlaşmanı Türkiyənin xəbəri olmadan, ABŞ və Fransanın nəzarəti altında imzalayıb. Bölgədə dövlətlərin sərhədlərinin yenidən çəkilməsi prosesi son, həlledici mərhələyə daxil olub.
Rusiya və Böyük Yaxın Şərqin əksər ölkələrinin xəritəsinin dəyişməsi gözlənilir. Bu prosesdən ən çox qazanacaq xalq Azərbaycan xalqı olacaq. Dərbənddən Həmədana kimi geniş çoğrafiyanı əhatə edəcək dövlətin qurulmasının ayaq səsləri eşidilməkdədir.

Xəqani Cəfərli politoloq