
Dünən ABŞ- dakı Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası təşkil edildi. AND- ın təşəbbüsü və təşkilatçılığl ilə keçirilən bu tədbirin məqsədi Azərbaycanda siyasi repressiyalar, siyasi motivli həbslərə etitaz idi.
AND (Azərbaycan naminə demokratiya) təşkilatının ABŞ- dakı təmsilçisi Murad Quliyev “Azadllğ”a bildirib ki, onlar bu aksiyaları davam etdirəcəklər. “Ölkədə repressiyalar artıq çoxdan siyasi həyasızlıq səviyyəsindədir. Düşünürük ki, istər ölkədə, istərsə də ondan kənarda hər bir azərbaycanlı, hər bir təşkilat öz real imkanlarından istifadə edərək rejimin alçaqcasına həyata keçirdiyi
repressiyalara etirazını biıdirməlidir. Biz də bunu edirik və edəcəyik”- Murad Quliyev deyib.