
Diplomsuz 16 milyonluq İstanbulun başqanı olmaq olursa nədən 85 milyonluq Türkiyənin başqanı olmaq olmur?
Burada kriteriya nədir?
Əhali sayımı ?
Xalqın iradəsi əsasdır nədən o iradə hansısa texniki şərtlərlə məhdudlaşdırlımalıdır?
Yəni xalqlar o qədər axmaq,cahildirlər ki onlara çərçivələr qoymalısan ki,sən ancaq belə adamı seçə bilərsən.
Bu məntiqlə bu gün Məmməd Əmin Rəsulzadə dirilib gəlsə biz onu prezident seçə bilmərik?
Yəni Rəsulzadənin diplomu yoxdur deyə o prezident ola bilməz amma saxta elmlər doktoru olan kimlərsə ola bilər?
Mən xalq iradəsinə hər hansı məhdudlaşdırıcı çərçivənin qoyulmasını prinsip olaraq rədd edirəm.
Bugün dünyanın ən güclü dövlətinin başında haqqında cinayət törətdiyi məhkəmə qərarı ilə təsdiq edilən hökm olan adam rəhbərlik edir və kimin bəyənib bəyənməməsinədən aslı olmayaraq ,həmdə təkcə fərd olaraq deyil partiya və sistem olaraqda xalqın əzici dəstəyini qazanıb.
Biz demokratiyaya,xalq iradəsinə hörmət edib onu əsas alırıqsa onun iradəsinə, seçiminə də hörmət etməliyik.
Türkiyədə son başverənlər çox üzücüdür amma həyatın sonu deyil.
Əslində Türkiyədə müxalifət iqtidardadır, ölkə ÜDM nun 60 faizdən çoxuna müxalifət nəzarət edir, onlar böyük projelər, atılımlar,təşəbbüslər edərək o qədər böyük işlər görüb,o qədər böyük xalq dəstəyi təmin edə bilərlər ki,onun qarşısına heç kim çıxa bilməz.
Sayın Ekrem İmamoğlu seçkiyə 3 ildən artıq vaxt qaldığı bir zamanda siyasi rəhbərliklə açıq və sərt toquşlamalara getməklə izlədiyi strateji ilk baxışda uğurlu görünsə də əslində ciddi taktiki yanlış idi.
Həbs olunmaq üçün əlində gələni etməyə açıq aşkar çalışmaqla detalları, məsələn “diplom” şərtini gözdən qaçırdı yada gərəkdiyi qədər ciddiyə almamağla yanlış etdi.
Uzaqdan bağıra bağıra gəlib hədəfi ələ keçirmək taktikası əsasən başarısız olur.
“Səs” “hədəfə” adekvat olaraq nizamlanmalıdır yeri gələndə “ucadan” yeri gələndə “alçaqdan” “bağırmaq” lazımdır.
Qarşıdakı prezident seçkilərində müxalifətin qalib gəlmə şansı hələdə kifayət qədər çoxdur və daxili konsolidasiya təmin edilərsə rahatlıqla seçkiləri, həmdə ciddi üstünlüklə qazanmaq olar.
Bundan kimsənin şübhəsi olmasın ki, Türkiyədə hər şeyi xalqın iradəsi həll edəcək.