
Balakən rayonunda korrupsiyaya qarşı mübarizə
mövzusunda tədbir keçirilib
19 mart 2025-ci il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2-ci bəndinin (Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsi) icrası ilə bağlı rayonda fəaliyyət göstərən dövlət qurumlarının işçilərinin, xidmət təşkilatlarının rəhbərlərini, bələdiyyə sədrlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
Balakən Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan müddəalərın icrası ilə bağlı fəaliyyətin davam etdirildiyini diqqətə çatdırıb. Ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyini bildirib.
Pirdas Qardaşova cari ilin yanvarın 29-da respublikamızda keçirilən bələdiyyə seçkilərindən sonra bələdiyyələrə seçilən üzvlərə, həmçinin tədbirin bütün iştirakçılarına korrupsiyaya qarşı mübarizə sahəsində olan qanunvericilik aktları ilə diqqətlə tanış olmalarını, korrupsiyaya qarşı barışmaz mövqe sərgiləməyi tövsiyə edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Balakən rayon icra hakimiyyəti